Hər il bura üç milyon insan gəlir - Fotolar

Hər il bura üç milyon insan gəlir - Fotolar

Fransanın cənubundə yerləşən 50 min nəfərlik Karkasson bölgəsi yüz illərdir pozulmayan memarlığı ilə turistləri zamanda səyahətə çıxarır.

Axşam.az xəbər verir ki, ən önəmli gəliri turistlərdən olan bölgə “Cite” adlı qalası ilə məşhurdur.

Yüksək səviyyədə mühafizə olunan bu qalanın içərisində yer alan mağazaların ətrafı üç kilometrlik qoşa qala divarı və 52 qüllə ilə əhatə olunub.

“Cite”nin ən böyük özəlliyi Avropada ən böyük qala olmasıdır. e.ə 6-cı əsrdə Qaliyalılar dönəmində tikilən qala 20-ci əsrdə restavrasiya edilib.

1997-ci ildə YUNESKO-nin Milli İrs siyahısına daxil olan Karkasson bölgəsi muzeyləri, teatr, kafe, restoran və mağazaları ilə sizi heyran edən yerlər sırasındadır.

Fransanın Ağdəniz sahillərinə yaxın olması ilə bağlı may və oktyabr tarixləri arası rahat gəzə bilərsiniz.

             

Mənbə: axsam.az