"Ümummilli lider mənim həyatımda dönüş yaradıb" RƏY - ÖZƏL

"Ümummilli lider mənim həyatımda dönüş yaradıb"  RƏY - ÖZƏL

“Ulu Öndər Heydər Əliyev dahi bir şəxsiyyətdir. Əgər XX əsrdə dünya siyasətində 10 dahi insan var idisə, Ümummilli lider Heydər Əliyev ön sırada dayanırdı”. Bunu SİA-ya açıqlamasında tanınmış teatr və televiziya aktyoru, Xalq artisti Yasin Qarayev deyib.

Hər il anım və doğum günü Ulu öndərin məzarını ziyarət etdiyini deyən Xalq artisti söyləyib ki, Ümummilli lider onun həyatında böyük dönüş yaradan bir insan olub: “Əgər bu gün o teatr sənətində, incəsənət aləmində əldə etdiyim bütün uğurlar dahi şəxsiyyət Ulu öndərin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev Azərbaycan mədəniyyətinin, incəsənətinin qayğıkeşi olub. İndiyədək ölkə tarixində Ulu Öndər kimi böyük şəxsiyyət, dahi insan daxil olmayıb”

Y. Qarayev söyləyib ki, Ulu öndərin Azərbaycan mədəniyyətinin, teatr tarixinin inkişafında misilsilsiz xidmətləri var: “Ümummilli lider teatra bağlı insan olub. Ulu öndər gənclik yaşında Naxşıvanda yaşayarkən Miribrahim Həmzəyev adlı xalq teatrına dərnəyə gedib. Ümummilli lider hətta Hamlet rolunu canlandırıb”.

Ümummilli liderin Azərbaycanın teatr və incəsənət sahəsinə böyük diqqət və qayğı göstərdiyini deyən teatr xadimi vurğulayıb ki, bu gün bu sahədə çalışan hər bir insan Ulu öndərin xatirəsini ehtiramla anır.

Mənbə: sia.az