Məşhur aparıcının evinə polis basqını-Əlləri qanlar içində saxlanıldı- FOTO

Məşhur aparıcının evinə polis basqını-Əlləri qanlar içində saxlanıldı- FOTO

İngiltərədə məşhur televiziya aparıcısı Karolina Flaq sevgilisinə hücum etdiyi üçün həbs edilib.

Moderator.az xəbər verir ki, aparıcı buna görə 23 dekabrda hakim qarşısına çıxarılacaq. “Love Islan” (Eş adası) verilişinin aparıcısı olan K.Flak hazırda törətdiyi cinayətə görə çətin duruma düşüb. İngilis mediasında yer alan xəbərə görə aparıcının sevgilisi Levis Burtonla yaşadığı Londondakı evinə 6 polis və təcili tibbi yardım əməkdaşları gəlib.

Şikayət edildikdən sonra hadisə yerinə gələn polis əməkdaşları Flakı polis şöbəsiə aparıb. Burton isə xəstəxanaya yerləşdirilib. Sevgililər arasında baş verən davada özünə hakim ola bilməyən Flak sevgilisinə xəsarət yetirib.

Qeyd edək ki, aparıcı veriliş çəkmək üçün gələn ay Cənubi Afrikaya getməliydi, amma hadisədən sora hələ ki, bu səfər təxirə salınıb.

Vasif Əlihüseyn

 

Mənbə: moderator.az