Sibir dağları üzərində qeyri-adi buludlar - FOTOLAR

Sibir dağları üzərində qeyri-adi buludlar - FOTOLAR

Rusiyalı fotoqraf Svetlana Kazina Sibir dağları üzərində qeyri-adi buludları lentə alıb.

Onun çəkdiyi fotoları “National Geographic Rusiya” Feysbuk hesabında paylaşıb.

Şəkillərdə qarla örtülmüş dağların üzərində göy qurşağını xatırladan qeyri-adi formalı buludlar görünür.

S. Kazinanın sözlərinə görə, külək həmin ərazidə o qədər güclü idi ki, lentə alınan buludların görüntüsü hər saniyə dəyişirdi.

Müəllifin fotoları minlərlə bəyənmə sayəsində qısa vaxt ərzində populyarlıq qazanıb. Sosial şəbəkə istifadəçiləri gördüklərindən heyrətə gəldiklərini bildiriblər.(Qafqazinfo)

 







Mənbə: moderator.az