Aktyor qadın geyimində jurnal üçün poz verdi - Fotosessiya

Aktyor qadın geyimində jurnal üçün poz verdi -  Fotosessiya

“Allure” gözəllik jurnalının üz qabığına ilk dəfə kişi çəkilib.

 

Axşam.az xəbər verir ki, bu amerikalı aktyor Billi Porterdir. O, bəzəkli qadın geyimlərindən, aksessuarlardan və makiyajdan istifadə edərək, fotoqraf Ben Hassettemin kamerası qarşısına keçib.

Jurnalın baş redaktoru Mişel Li-nin fikrinə görə, gözəllik mövzusunda cins ayrıseçkiliyi ola bilməz.

Qeyd edək ki, aktyor hər zaman qeyri-adi geyimləri ilə gündəmə gəlir.

 

Mənbə: axsam.az