“Altın Kelebek” mükafatlarının tarixi bəlli oldu

“Altın Kelebek” mükafatlarının tarixi bəlli oldu

47-ci “Altın Kelebek” mükafatları gecəsinin keçirilmə tarixi bəlli olub.

Axşam az xəbər verir ki, müsabiqə fevralın 28-də İstanbulda reallaşacaq.

Mükafat uğrunda səsvermə davam edir.

Məşhurlarımız “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə yarışacaqlar.

Namizədlər arasında Xalq artisti Röya Ayxan, Sevda Yahyayeva, Nura Suri, Gülay Zeynallı, aktrisalar Oksana Rəsulova, Pərvin Abıyeva, müğənnilər Murad Arif, Xəyyam Nisanov, Azad Şabanov, Elçin Cəfərov var.

Qeyd edək ki, “Altın Kelebek” mükafatlarının ötənilki azərbaycanlı qalibi Xalq artisti Aygün Kazımova olub.

Mənbə: minval.info