Tanınmış aktyor vəsiyyətini yazdı

Tanınmış aktyor vəsiyyətini yazdı

Xəstəxanada müalicə alan tanınmış Türkiyənin məşhur aktyoru, şoumen Mehmet Əli Ərbil vəsiyyətini yazıb və müvafiq sənədlərə imza atıb.

Cebhe.info xəbər verir ki, bu barədə Ərbilin bacıcı professor Yeşim Ərbil məlumat verib.

Qeyd edək ki, Mehmet Əli Ərbil iki öl öncə evinin hamamında sürüşərək yıxılıb. Aylarla reanimasiyada qalan Ərbil ötən il evə buraxılmışdı. Lakin bir neçə gün bundan öncə ürək tutması keçirən tanınmış aktyor yenidən xəstəxanaya aparılıb.

“Müalicə dövrü ağır keçdi. Bu da qardaşımın orqanizmini zəiflətdi. Hazırda reanimasiyadadır. Qardaşım üçün dualar edək”-deyə, Yeşim Ərbil bildirib.

Aydın
Cebhe.info

 

 

Mənbə: cebhe.info