Maarifçi ziyalının doğum günüdür

Maarifçi ziyalının doğum günüdür

Bu gün böyük xeyriyyəçi, maarifpərvər ziyalı Həmid xanım Cavanşirin doğum günüdür.

Cebhe.info xəbər verir ki, Həmidə xanın 19 yanvar 1973-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində doğulub. O, dövrünün maarifçi ziyalısı Əhməd by Cavanşirin qızı, böyük dramaturq Cəlil Məmmədquluzadənin həyat yoldaşıdır.

Nəcib bir insanın ailəsində dünyaya göz açan, ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olub. İlk həyat yoldaşı zadəgan nəslindən olan polkovnik-leytenant İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə edib. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedib.

Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin"in isə xeyirxah himayədarı olub. Bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edən Həmidə xanım Mirzə Cəlillə 25 il əsl məhəbbət və qarşılıqlı ehtiramla ömür sürüb.

Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına (indiki AYB-red.) üzv seçilib, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini böyük ustalıqla qələmə alıb. Həmidə xanım 1955-ci ildə vəfat edib və Fəxri xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunub.

Cebhe.info

 

 

Mənbə: cebhe.info