Lyuba: “Dadaş müəllimin sualları bəzən gərginlik yaradır” - MÜSAHİBƏ - FOTO

Artıq bir neçə aydır ki, İctimai Televiziyanın (İTV) "3D" layihəsi efirdədir. Layihə başladığı gündən böyük izləyici kütləsinə sahib olub. Verilişin aparıcısı Dadaş Dadaşlinski bu layihəyə xüsusi bir rəng qatır.

Aparıcı ilə yanaşı, onun katibəsi Lyuba Morqunova da veriliş başlayan gündən izləyicilərin diqqətinə və marağına səbəb olub.

Sözügedən verilişin, öz dili ilə desək, Dadaşın Lyubası ilə müsahibə etdik.

Milli.Az musavat.com-a istinadən bildirir ki, müsahibəni sizlərə təqdim edirik.

- Lyuba xanım özünüzü bir cümlə ilə ifadə edə bilərsinizmi? Lyuba Morqunova kimdir?

Qısa və konkret, Dadaşın Lyubası.

- Lyuba xanım haqqında internetdə niyə heç bir məlumat yoxdur ?

- Televiziyada çalışmağa yeni başlamışam. Mən heç nə gizlətmirəm. Şəxsi həyatımla bağlı sual verildikdə cavab verirəm, gizlətmirəm. Amma özüm haqqında çox danışmağı da sevmirəm. Bundan əvvəl də "Park Cinema"da işləmişəm. Hazırda da paralel olaraq onlarla əməkdaşlıq edirəm.

- Dadaş Dadaşlinski haqqında da ineternetdə elə çox məlumat yoxdur. Belə gizliliyi saxlamaq üçün hansısa tədbirlər görülürmü?

- Bunun heç bir sirri yoxdur. Dadaş müəllim istənilən vaxtı jurnalistlərin suallarını cavablandıra bilər. Hətta o, bir dəfə müsahibə də verib. Siz də çalışsanız, ondan müsahibə ala bilərsiniz. Dadaş müəllim əlçatmaz biri deyil.

- Azərbaycan televiziyasında bir ilkə imza atdınız. 3D verilişi böyük səs-küylə giriş etdi, hazırda da bu cür davam edir. Bu uğurun sirri nədir?

- Mən layihənin yaradıcı heyətində iştirak etmədiyim üçün bu barədə çox məlumat verə bilməyəcəm. Lakin mənim fikrimcə, bizim uğurumuz qonaqlarla Dadaş müəllimin səmimi söhbətləridir. Bu bizdə alınır. Ona görə də layihə böyük uğur qazanıb. İzləyicilər tərəfindən sevilir və maraqla izlənilir. Həm də Azərbaycanda yeni bir layihə olduğu üçün insanlara maraqlıdır.

- Sizcə, Azərbaycan teleməkanına bundan daha uğurlu bir layihə gələcəkmi?

- Mən şəxsən çox sevinərəm. Məncə bu, çox gözəl olar. Həm izləyicilər, həm də televiziya işçiləri üçün. Azərbaycan teleməkanında bundan da uğurlu layihələr hazırlaya biləcək insanlar var. Bizim televiziyalarımız getdikcə inkişaf edir.

- Dadaş müəllimin qonaqlara verdiyi çətin suallara görə sonradan təyziqlər olubmu?

- Veriliş zamanı bəzən gərginliklər olur. Lakin sonradan belə bir təzyiqlərlə rastlaşmırıq. Çünki qonaqlarımız studiyamızdan ən sonda xoş əhval-ruhiyyə ilə ayrılır.

 

- Lyuba xanım sosial şəbəkələrdən niyə aktiv istifadə etmir?

- Sosial hesablarım bağlı idi, təzəlikcə açmışam. Həm də sosial şəbəkələrdə insanların çoxu səmimi deyil. Ona görə də o ortamdan qaçıram. "İnstagram"dan daha çox qadın paltarlarına baxmaq üçün istifadə edirəm (gülür).

- Lyuba xanım bundan başqa bir layihədə, serial və ya filmdə yer almağı düşünürmü?

- Rəsmi olaraq belə bir təklif olmayıb. Amma qeyri-rəsmi təkliflər bir neçə dəfə gəlib. Cavabım müsbət olub.

- Yəni təklif gəlsə, Dadaş müəllimi qoyub, gedəcəksiniz?

- Xeyr, mən Dadaş müəllimi qoyub getməyəcəm. Sadəcə paralel olaraq həmin layihələrdə iştirak edə bilərəm. Məncə Dadaş müəllim buna narazılıq etməz.

- Lyuba Morqunova Əziz ilə niyə yola getmirsiz?

- Onu çox istədiyimə görə. Artıq dostlaşmışıq. Hətta mahnımız da var. "Lyuba, Əziz və Dadaş".

- Lyuba xanımın bəyəndiyi azərbaycanlı müğənni, aktyor, aktrisa və futbolçu...

- Futbolu izləmirəm. Futbol mənlik deyil. Bu oyun mənə çatmır. Aktyorlardan Taleh Yüzbəyov, aktrisalardan Sevinc və Sevil bacıları və Dilarə Əliyeva, müğənnilərdən isə Röya Ayxan, Natavan Həbibi, Xumar Qədimova.

- Dadaş müəllim haqda kino çəkilsə orada yer almağı istədiyinizi demişdiniz. O flmdə hansı obrazı canlandırardız?

Yəqin ki, elə o filmdə də Dadaşın Lyubası rolunu oynayaram.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

İstanbulda 20 Yanvar şəhidləri yad edilib - FOTO

SONRAKI XƏBƏR

İndi xizək sürürəm - Medvedyev