Məşhur “KVN”-çi 37 yaşında vəfat etdi

Məşhur “KVN”-çi 37 yaşında vəfat etdi

“Pyatiqorsk Şəhər” adlı “Şən və Hazırcavablar Klubu” (“KVN”) komandasının üzvü Timur Qaydukov uzun sürən xəstəlikdən sonra vəfat edib.

Cebhe.info xəbər verir ki, Qaydukov 37 yaşında dünyasını dəyişib. Bu barədə özünün “Facebook” səhifəsində “KVN”-çinin dostu David Məlikhüseynov verib. “Sən hər birimizə stimul verirdin.

Sənin şəxsi layihələrin sayəsində biz uğurlar qazanırdıq. Sən bizim enerji mənbəyimiz, atom stansiyamız idin”-deyə, Məlikhüseynov bildirib. Qeyd edək ki, Qaydukov 2018-ci ildən qan xərçəngindən müalicə alırmış.
Aydın
Cebhe.info

 

 

Mənbə: cebhe.info