"Sosial şəbəkəni açmalı deyil, hər kəs namizəddir"

"Sosial şəbəkəni açmalı deyil, hər kəs namizəddir"

"İnstaqramı açıram ki, hələ özünü tamamlamayanlar deputatlığa namizəd olub. Ali savadı, zəkası, gördüyü işlərə inam yoxdur. Yaşına, savadına görə seçilən olsa, heç nə demərəm".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Niyam Salami sosial şəbəkədə yayımladığı videoda deyib. Sənətçi bir çox tanınmışın deputatlığa namizəd olmasını qınayıb:

"Gənclər mahnı oxuyanda, efirə çıxmaq istəyəndə hər zaman dəstəkləmişəm. Amma indi bizim tanıdığımız bir çox gənc, lazımsız insanlar "deputat" adını aşağılamışıq. Sosial şəbəkəni açmalı deyil... Baxıb deyirik ki, buna bax, bu da deputatlığa namizəd oldu. Görün, bu kəlməni nə qədər ucuzlaşdırmışıq.

Bilirsiz, deputat olmaq nə deməkdir? Bir universitet bitirib, ayda-ildə bir gün dərsə gedib, sözünün dəyəri olmayan, yerini bilməyən necə deputat olacaq? Bir qalustuk taxır, eynəyi də vurub gözünə, düşüb namizəd olub. Belə şeylər etməyək. Deputat adını aşağılamayaq".

Mənbə: azxeber.com