Verilişə çıxan kişi başqası ilə qaçan arvadına görə hönkürdü, yalvardı - VİDEO

Verilişə çıxan kişi başqası ilə qaçan arvadına görə hönkürdü, yalvardı - VİDEO

Türkiynin ATV kanalında yayımlanan, Esra Erolun aparıcılıq etdiyi verilişdə qəribə anlar yaşanıb.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, sosial şəbəkə vasitəsi ilə tanış olduğu arvadı başqa kişiyə qaçdığı üçün Esra Erolun verilişinə müraciət edən Recep Özsoy adlı şəxs efirdə göz yaşı tökərək, arvadının qayıtması üçün yalvarıb.

O bildirib ki, 4 aydır arvadı başqa kişiyə qoşulub qaçıb. Onun iddiasına görə, xanımı Hülya Özsoy sosial şəbəkədə tanış olduğu Arif Yörüklə eşq yaşayır.

O, internet vasitəsi ilə tanış olduğu arvadının internetdə tanış olduğu başqa kişiylə qaçdığına görə sosial şəbəkələrdən şikayətlənib.

Efirdə hönkürən Recep Özsoy bildirib ki, arvadı qayıtsa onu bağışlayacaq.

Milli.Az maraqlı görüntüləri təqdim edir:

 

Mənbə: news.milli.az