"Edama məhkumun son günü" olacaq

"Edama məhkumun son günü" olacaq

Müstəqil Şah Mat Teatrı yanvarın 29-da yeni tamaşasını nümayiş etdirəcək.

Open.az xəbər verir ki, həmin gün Milli Dram Teatrının kiçik səhnəsində dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun "Ölüm məhbusunun son günü " əsərinin motivləri əsasında "Edama Məhkumun Son Günü" adlı tamaşanı izləmək imkanı yaranacaq.

Psixoloji dram janrında olan tamaşanın rejissoru Mir Qabil Əkbərovdur. Əsərdə aktyor qismində Anar Bulud çıxış edəcək.

Tamaşanın süjet xətti belədir: "Bir insan ölümə məhkum olunub amma məhkum olunma səbəbi bəlli deyil. Səbəb məlum olsa nə olar, olmasa nə olar. Əgər biri ölümə məhkum olunubsa onun səbəbi artiq vacib deyil. Və tamaşanın sonunda ölüm hökmü icra edilir. Lakin həmin adamı incidən daha çox bu cür qanunlardır ki, çox iyrənc və rəzildir. Və bu qanunlar insana fiziki ağrılardan daha çox mənəvi ağrılar verir. Obrazın dili ilə desək, fiziki ağrılar, mənəvi ağrıların yanında heç nədir".

Qeyd edək ki, tamaşada hadisələr bir saat boyunca davam edir.

Mənbə: open.az