“Şahsiyet” serialı Meksikada çəkiləcək

“Şahsiyet” serialı Meksikada çəkiləcək

“Agah Beyoğlu” obrazı ilə Haluk Bilginərə “Emmy” mükafatı qazandıran “Şahsiyet” serialı bu dəfə Meksikada ekranlaşdırılacaq.

Axşam.az xəbər verir ki, fevralda lentə alınacaq 10 bölümlük serialın çəkilişləri üçün hazırlıqlar artıq tamamlanıb.

"El Asesino Del Olvido” adı ilə yayımlanacaq ekran işi Meksikanın fərqli şəhərlərində çəkiləcək.

Serialın baş rollarını Damian Alcazar və Paulina Qaitan canlandıracaq.

Mənbə: axsam.az