Aysel Əlizadə: Nişanımı ad günümdə etmək istəyirdik - VİDEO

Aysel Əlizadə: Nişanımı ad günümdə etmək istəyirdik - VİDEO

7-8 il bundan öncə mənə elçi gəlib. Gəlib, qapını döydülər, nişan gününə kimi həmin şəxsin kimliyi bəlli idi. Həmin şəxsə “hə” demişdim.

Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə “ATV Maqazin 10larla” proqramının “33 sual” rubrikasında deyib. İfaçı illər öncə sevdiyi bir şəxslə nişan ərəfəsində xasiyyətlərinin tutuşmaması səbəbi ilə hər şeyin üstündə xətt çəkdiyini etiraf edib:

“Nişanımı ad günümdə etmək istəyirdik. Sadəcə olaraq, “ziyanın yarısından qayıtmaq xeyirdir”. Amma alınmadı. Gördüm ki, xasiyyət baxımından bir-birimizlə tutuşmuruq. Xasiyyətin tutuşması, bir insanın digərini yola verməsi kimi məqamlar mənim üçün çox önəmlidir”.

Müxbirin “Ayselin hazırda şəxsi həyatında kimsə var?” sualına müğənnidən çılğın reaksiya gəlib:

“Nə istəyirsiz axı mənim bu şəxsi həyatımdan? Əgər mən gözələmsə, bu o demək deyil ki, mütləq mənim şəxsi həyatımda kimsə olmalıdır. Gözəllərin problemi qat-qat daha çoxdur. Gözəl özündən o qədər razı olur ki... Məsələn, on oğlandan yeddisinə özünü asanlıqla sevdirə bilərsən. Yəni də... Nə yalan deyim!? (gülür)”.

Verilişdə sual yağışına tuş gələn A.Əlizadəyə ünvanlanan “Sosial şəbəkədə aldığın ən ağlasığmaz mesaj hansı olub?” sualına sənətçinin cavabı belə olub:

“Yazır ki, “Dünən səninlə necə gözəl əyləndik. Sən çox yaxşı qız imişsən”. Mesajı oxuyuram anlayıram ki, mənə yazılıb. Fikirləşirəm ki, əgər sevgilim və yaxud da həyat yoldaşım olsaydı, bu mesajı görüb, oxusaydı... Özüm-özümdən şübhələnirəm (gülür)”.

 

Rəşad Əliyev

Mənbə: www.oxu.az