Rusiyalı məşhurun ABŞ-da ayağı sındı

Rusiyalı tanınmış müğənni Kristina Orbakaytenin ayağı sınıb. Azvision.az xəbər verir ki, bu barədə müğənni "Instagram" hesabında yazıb. O bildirib ki, ən azı 6 həftə addım ata bilməz, buna görə də fevral konsertlərini və çıxışlarını təxirə salıb. Orbakayte karyerasında ilk dəfə konsertlərini təxirə saldığını etiraf edib.

Xatırladaq ki, Orbakayte hazırda həyat yoldaşı Mixail Zemtsov və 7 yaşlı qızı Klavdiya ilə birlikdə ABŞ-dadır.

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda dövlət əmlaklarını oğurlayan şəxslər tutulub

SONRAKI XƏBƏR

Almaniya Prezidenti Osvensimin azad edilməsinin 75 illiyinə həsr olunmuş mərasimdə iştirak edib