"Matriks 4"-ün çəkilişləri bu tarixdə başlanacaq

"Matriks 4"-ün çəkilişləri bu tarixdə başlanacaq

Lana Vaçovskinin rejissorluğunu etdiyi, Kianu Rivzin baş rolda oynayacağı "Matriks 4" ("The Matrix 4") filminin çəkilişləri ilə bağlı bəzi detallar ortaya çıxıb.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, çəkimləri San-Fransiskoda baş tutacaq filmin çəkilişlərinə fevralın 5-də başlanılacaq. Həmçinin, filmdə yer alacaq səhnələr üçün bəzi axra fon axtarışlarının davam etdiyi məlum olub.

Qeyd edək ki, "Matriks 4"ün 21 may 2021-ci ildə yayımlanacağı gözlənilir.

 

 

Mənbə: metbuat.az