Şəxsi həyatını mediadan gizlədəcək

Şəxsi həyatını mediadan gizlədəcək

Rus model İrina Şeyk aktyor Bredli Kuperdən ayrıldıqdan sonra ilk dəfə müsahibə verib.

Axşam.az xəbər verir ki, şəxsi həyatından danışan 34 yaşlı model aktyorla yollarını ayırması ilə bağlı bunları deyib:

“İki gözəl insan münasibətdədirsə bu o demək deyil ki, onlar yaxşı cütlük olacaq. Birlikdə yaşadıqlarımız bizim üçün böyük xoşbəxtlik idi. Bredli olmadan həyat yeni bir başlanğıcdır”.

İrina yeni sevgilisi ilə bağlı suallara isə cavab verməkdən imtina edib:

“Qərar vermişəm ki, bundan sonra şəxsi həyatımı mediadan gizlədim. Bu şəxsi olduğu üçün yalnız sənə və ailənə aiddir”.

Mənbə: axsam.az