Xalq artisti Rübabə Muradova “Unudulmayanlar” layihəsində yad olunacaq

Xalq artisti Rübabə Muradova “Unudulmayanlar” layihəsində yad olunacaq

Fevralın 21-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, xanəndə Rübabə Muradovanın xatirə gecəsi keçiriləcək. Gecə BMM-nin "Unudulmayanlar" layihəsi çərçivəsində təşkil ediləcək.
Olaylar.az bildirir ki, Rübabə Muradova Azərbaycan səhnəsinin yeganə Leylisi idi ki, heç kimi təkrarlamadı. Amma onun kimi Leyli yaratmaq da heç kimə nəsib olmadı.
Gecədə səhnəmizin unudulmaz Leylisini haqqında ən xoş və həzin xatirələrin səslənəcək, gənc xanəndələr repertuarından olan əsərləri təqdim edəcəklər.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi "Unudulmayanlar", "Muğam axşamları" "Dastan gecələri", "Aşıq musiqisi" , Etnik musiqi inciləri" kimi layihələri davam etdirməkdədir. Layihələrin məqsədi muğam sənətimizin , milli musiqimizin və qeyri maddi mədəni irsimizin təbliği və gənc nəslə tanıdılmasdır.

Mənbə: olaylar.az