Priyanka Çopra “Matrix 4”də çəkiləcək

Priyanka Çopra “Matrix 4”də çəkiləcək

Hindistanlı aktrisa Priyanka Çopra “Matrix” filminin 4-cü hissəsinə çəkiləcək.

Axşam.az xəbər verir ki, hazırda aktrisa ilə son danışıqlar aparılır.

Priyankanın ekran işində hansı obrazı canlandıracağı isə hələlik məlum deyil.

Qeyd edək ki, filmdə Kianu Rivz, Kerri-Enn Moss, Conatan Qroffa, Cade Pinkett Smit kimi məşhur aktyorlar çəkilir.

Rejisorluğunu Lana Vaçovskinin etdiyi “Matrix 4”ün premyerası 2021-ci ilin mayında olacaq.

Mənbə: axsam.az