Zəlzələ nəticəsində tanınmış aktyorun evi uçub

Zəlzələ nəticəsində tanınmış aktyorun evi uçub

Ötən həftə Türkiyənin Elazığ vilayətində baş vermiş güclü zəlzələ nəticəsində məşhur teatr və kino aktyoru Kamal Sunala məxsus ev uçaraq yararsız vəziyyətə düşüb. Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yeraltı təkanların xarabalığa çevirdiyi ev mərhum aktyorun ata yurdu olub. O, həmin evdə böyüyüb boya-başa çatıb.

Qeyd edək ki, yanvarın 24-də Elazığ vilayətində 6.8 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 41 nəfər həlak olub, 1607 nəfər xəsarət alıb.

Mənbə: azvision.az