Rasim Balayev: "Əməliyyat olunmasam yerimə qabiliyyətimi tamamilə itirəcəkdim"

"Əməliyyat olunmasam əlim-ayağım tutulacaqdı və yerimə qabiliyyətimi tamamilə itirəcəkdim".

Bu sözləri

Yeniavaz.com-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib. O bildirib ki, boynunda yaranmış problemə görə, 2019-cu ildə fərqli 5 klinikaya müraciət edib:

“Sol ayağımı yaxşı ata bilmirdim və başladım axsamağa. Mənə dedilər ki, problem belindədir. Hər zaman da deyirdilər ki, fizioterapioyaya ehtiyac yoxdur. Bilirsiniz da mən Şüvəlanda yaşayıram. Hər seansa da 50-60 manat ödəyirdim. Sonra gördüm ki, qətiyyən bir dəyişiklik yoxdur. Sonra başqa xəstəxanaya getdim. 2019-cu ildə mən ayrı-ayrı 5 klinikaya getdim. Axırda məlum oldu ki, mənim promlemim boynumda imiş. Mənə dedilər ki, əməliyyat olunmalısan. Olunmasam əlim-ayağım tutulacaqdı və yerimə qabiliyyətimi tamamilə itirəcəkdim”.

Xalq artisti ən sonda müalicəsini Heydər Əliyev fondunun öz üzərinə götürdüyünü bildirib:

“Sağ olsun Heydər Əliyev Fondu kömək etdi mənə. Çünki çox bahalı əməliyyat idi. Mənim ona imkanım çatmazdı. Bir dəfə Leyla (Leyla Əliyeva) xanımla görüşdüm. Məndən soruşdu ki, “niyə belə yeriyirsiniz?”. Sağ olsunlar, təşkil elədilər, Türkiyədə əməliyyat olundum. Bir həftədir gəlmişəm. Dedilər ayın sonuna qədər dərmanlardan istifadəni davam etdirməliyəm”.

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

Cari ödəmələr

SONRAKI XƏBƏR

Qusarın ən qədim parkının qış mənzərələri FOTOREPORTAJ