Kiyevdə Nəsiminin qəzəllər toplusunun təqdimatı keçirilib

Kiyevdə Nəsiminin qəzəllər toplusunun təqdimatı keçirilib

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə töhfə olaraq Kiyevdə işıq üzü görmüş “İ şlyaxom İstini postav ya sam...” (“Haqq yolu mən özüm oldum” – Dövlət Tərcümə Mərkəzi) kitabı növbəti dəfə “CAMIT- KNİQA” nəşriyyatı tərəfindən təqdim olunub.

Redaktor.az xəbər verir ki, təqdimatda ölkənin tanınmış yazarları, nasirlər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Nəşriyyatın direktoru İvan Stepurin müsahibəsində İmadəddin Nəsiminin yaradıcılığını Ukraynada ilk dəfə tanıdan bu toplunun ümumilikdə klassik Azərbaycan ədəbiyyatının təbliği işinə böyük töhfə verdiyini, bu səpkidə nəşrlərin Dövlət Tərcümə Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində davam etdiriləcəyini bildirib.

Mənbə: redaktor.az