Azərbaycanın ən parlaq ulduzu kim olacaq?

Azərbaycanın ən parlaq ulduzu kim olacaq?

Azərbaycan bu il artıq 3-cü dəfə möhtəşəm “Pantene Altın Kelebek Mükafatları”da bir-birindən məşhur simalarla təmsil olunur.

“Qafqazinfo” xəbər verir ki, bu il artıq 3-cü dəfədir ki, Azərbaycan “Pantene Altın Kelebek Mükafatları”da iştirak edir. Ölkəmiz üçün “Azərbaycanın ən parlaq ulduzu” kateqoriyası ayrılıb. Bu nominasiya üzrə ümumilikdə 8 namizəd iştirak edir:

Xanımlardan – Röya Ayxan, Sevda Yəhyayeva, Nura Suri, Gülay Zeynallı, Oksana Rəsulova, Pərvin Abıyeva, Bəylərdən – Elçin Cəfərov, Azad Şabanov.

İzləyicilər www.pantenesaci.az saytına daxil olaraq 8 namizəddən birinə səs verərək qalibi təyin edə bilərlər.

Qeyd edək ki, səsvermə 18 fevral tarixinədək davam edəcək. “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə qalib olacaq namizəd 28 fevral tarixində İstanbulda baş tutacaq möhtəşəm gecədə mükafatla təltif olunacaq.

Bu il Pantene istifadəçilərinin qarşısına “Gün Mənim Günüm” adlı yeni konsepti ilə çıxaraq, xanımların güzgüyə hər baxdıqlarında daha xoşbəxt və enerjili günə başlamaqlarını hədəfləyir. Pantene-nin bu yolda məqsədi xanımların saç növünə uyğun düzgün Pantene saç baxımı məhsullarını istifadə etdikdə daha güclü, daha parlaq və daha sağlam saçlara sahib ola biləcəklərini və saçlarıyla özlərini yaxşı hiss edəndə bunun həyatlarının hər anına təsir edəcəyini xatırlatmaqdır.

Pantene yeni təqdim olunmuş “Gün Mənim Günüm” mottosu ile saçların qadınların həyatında hərşeyə təsir etdiyi mesajını vermək istəyir. Yəni, saçlarından razı olan qadınlar hər şeyin öhdəsindən gələ biləcəklərinə inanır və özlərindən əmin şəkildə “bu gün mənim günüm” deyə bilirlər.

Qadınlar özlərini ifadə etməyin ən güclü yolunun saçları olduğuna inanırlar. Buna baxmayaraq araşdırmalar hər 10 qadından təkcə 1-inin saçlarının həqiqətən gözəl olduğunu düşündüyünü göstərir. Buna görə də Pantene xanımların həm saçlarında, həm də gündəlik həyatında Pantene saçının əhəmiyyətini göstərməyi hədəfləyir.

Mənbə: qafqazinfo.az