Azərbaycanda biabırçılıq - Canlı efirdə 47 yaşlı qadınla 34 yaşlı kişi hamının gözü önündə öpüşdü/FOTO

Azərbaycanda biabırçılıq - Canlı efirdə 47 yaşlı qadınla 34 yaşlı kişi hamının gözü önündə öpüşdü/FOTO

Azərbaycanda efirdə biabırçı hadisə baş verib.

Sonxeber.az bildirir ki, Arb telekanalının canlı efirində şok hadisə yaşanıb. Belə ki, izləyici kimi verilişə gələn 47 yaşlı Natavan adlı qadınla 34 yaşlı gözdən əlil cütlük studiyada heç kimə məhəl qoymadan öpüşüb. Sevgililərin bunu 14 fevral - Sevgililər günü münasibəti ilə etdikləri deyilir.

Aparıcı Elgiz Əkbərin "Elgizlə izlə" verilişində yaşanan bu hal ekspertlər tərəfindən qınanılaraq tənqid edilib. Sözügedən verilişin eksperti, hüquqşünas Şəfiqə Nağıyeva studiyada əsəblərinə hakim olmayıb:

"Bura Azərbaycan televiziyasıdır. Öpüşmək yeridir bura? Burda ağbirçək və ağsaqqallar var"

Daha sonra isə studiyaya evlənmək üçün müraciət edən 70 yaşlı kişini nümunə gətirərək sözlərinə belə davam edib:
"70 yaşında kişi evlənməyə gələndə sən də belə edərsən də".

Evlənməyə gələn həmin kişidən isə Şəfiqə xanıma cavab gecikməyib:

"Mənə ailə lazımdır, evlənmək istəyirəm".

Şəlalə Babayeva

 

 

Mənbə: sonxeber.az