Kənan M.M: “Özümü ucuza çox satmışam, peşmanam” - VİDEO

Kənan M.M: “Özümü ucuza çox satmışam, peşmanam” - VİDEO

“Müğənnilərin yaxşı mahnıları olsa, yaxşı qonorar versələr, onlara klip çəkərəm. Bu işlər üçün darıxmışam. Amma düşünmürəm ki, bu, kiməsə lazımdır. Bahalı rejissoram. Zamanında bir-iki səhvim olub. Subay idim, evim yox idi. Özümü ucuza çox satmışam. Buna da çox peşmanam”.

Oxu.Az xəbər verir ki, bu sözləri tanınmış rejissor və aktyor Kənan Mahmudov MTV-də yayımlanan “Söhbətsiz” tok-şousunda deyib.

Ötən illərdən fərqli olaraq, şou əhlinin klip çəkdirmək üçün ona çox az müraciət etməsini rejissor belə izah edib:

“Müğənnilər bəlkə də klip çəkdirmək üçün mənə müraciət etməyə risk etmirlər. Haqqımda yüksək rəqəmlər fikirləşirlər. Bəlkə də o rəqəmlərdən heç xəbərim belə yoxdur”.

Kənan M.M kənardan aqressiv və əsəbi görünməsini ağır və çətin şərtlər altında boya-başa çatması ilə əlaqələndirib:

“Hərdən mənə sosial şəbəkədə yazırlar ki, sizinlə şəkil çəkdirmək istəyirdik, amma qorxub yaxınlaşmadıq. Deyirəm ki, qorxmalı nə var? Naxçıvanda böyümüşəm. Uşaqlığım orada, ağır şəraitdə keçib. Elə bir dönəm idi ki, blokadada idik. Su, qaz, işıq yox idi. Biz oyuncaq görməmişik.

Uşaqlığımızı uşaq kimi yaşamadıq. Evimizin içinə kimi barıtın qoxusu gəlirdi və çox aqressiv, dərd, qəm içində böyüdük. Tanımadığım insanların mənə qarşı olan diqqətinin kompleksi altında böyüdüm”.

 

Rəşad Əliyev

Mənbə: www.oxu.az