"Mən daha oxuya bilmirəm" - Elton Con təcili olaraq konsertini DAYANDIRDI

"Mən daha oxuya bilmirəm" - Elton Con təcili olaraq konsertini DAYANDIRDI

Britaniyalı müğənni və bəstəkar Elton Con Yeni Zelandiyanın Oklend şəhərində konsert verib, lakin sətəlcəm olduğu üçün sonadək çıxış edə bilməyib.

BiG.AZ-ın ru.hellomagazine.com-a istinadən verdiyi xəbərə görə, 72 yaşlı Con səsinin batdığı barədə konsertin əvvəlində xəbər verib.



Konsertin ortalarında isə halı pisləşən müğənni çıxışını yarıda qoyub.

"Səsim tam batdı. Daha oxuya bilmirəm. Getməliyəm", - deyə Elton Con həkimlər onu səhnədən aparmazdan öncə tamaşaçılara müraciət edib.

Bu sözlərdən sonra pərəstişkarları onu alqış və göz yaşlarıyla yola salıb.

Sonradan Elton Con bir daha üzr istəməyi lazım bilərək, "İnstagram" səhifəsində paylaşım edib.



 

 

Mənbə: big.az