İranlı dirijor Bərdia Kiyarəs Novruz Bayramı günlərində Musiqili Teatrda çıxış edəcək

İranlı dirijor Bərdia Kiyarəs Novruz Bayramı günlərində Musiqili Teatrda çıxış edəcək

Avropanın əksər ölkələrində məşhur dirijor kimi tanınan, İran İslam Respublikasının tanınmış sənətçisi Bərdia Kiyarəs Novruz Bayramı günlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyalarına dirijorluq edəcək.

Open.az xəbər verir ki, "O olmasın, bu olsun" tamaşası mart ayının 20, 21, 23 və 24-də saat 19:00-da, "Arşın mal alan" isə 22 və 25 mart tarixlərində saat 19:00-da göstəriləcək.
Tamaşalarda Ərdəbilin sevilən müğənnisi Ayxan da iştirak edəcək.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN Xidmət” mərkəzlərindən və “iticket.az” saytından əldə edə bilərsiniz!

Mənbə: open.az