Faiq Ağayev inzibati xəta törətdi — Bir günə 20 min izlənildi - VİDEO

Faiq Ağayev inzibati xəta törətdi  — Bir günə 20 min izlənildi - VİDEO

Murad Arifin "Popumuz var" layihəsinin qonağı olan Xalq artisi Faiq Ağayev inzibati xəta törədib.

"Ölkə.Az" xəbər verir ki, Ağayev sərnişin oturacağındakı təhlükəsizlik kəmərindən istifadə etmədiyi görünür.

Qeyd edək ki, Yol hərəkəti haqqında" qanunun 37-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq, sürücü konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməlidir.

Sürücü təhlükəsizlik kəmərinin bağlanılması barədə sərnişinini xəbərdar etməlidir. Kəmər bağlamamağa görə isə məsuliyyəti sərnişin özü daşıyır.
İnzibati Xətalar Məcəlləsinin 153.2-ci maddəsinə müvafiq olaraq, sərnişinlər tərəfindən təhlükəsizlik kəmərinin bağlanmamasına görə 6-10 manat miqdarında cərimə nəzərdə tutulub və bu cərimə sərnişin tərəfindən ödənilməlidir.

Xatırladaq ki, sözügedən layihə bir günə 20 min izlənilib.

Ölkə.Az

Mənbə: olke.az