Edam qorxusu belə maneə olmadı: Ölümdən qaçıb eşqlərini elan etdilər - FOTOLAR

Edam qorxusu belə maneə olmadı: Ölümdən qaçıb eşqlərini elan etdilər - FOTOLAR

Səudiyyə Ərəbistanında yaşayan homoseksual cütlük ölkələrindən qaçaraq İngiltərəyə gedib.

Primetime.az xəbər verir ki, edam cəzasından qaçan cütlük yaşadıqları çətinlikləri qatıldıqları bir TV kanalında danışıb. "DW" adlı kanalda Ərəbcə olaraq yayımlanan "Jaafar Talk" adlı televiziya şousunun 14 fevral "Sevgililər Günü"nə özəl bölümündə qonaq olan cütlük baş verənlərdən bəhs edib. Səudiyyə Ərəbistanında münasibətlərini gizlətmək məcburiyyətində qaldıqlarını bildirən Nanz ailəsinin onu bu səbəblə övladlıqdan rədd etdiyini bildirib.

Cütlük 2018-ci ildə Səudiyyə Ərəbistanında qadınlar üçün səyahət məhdudiyyətinin qaldırılması nəticəsində İngiltərədən sığınacaq haqqı verildiyində ölkədən qaçdıqlarını deyib. İngiltərəyə gəldikdən sonra özlərini təhlükəsizlikdə hiss etdiklərini vurğulayan ikili sosial media hesablarından münasibətlərini elan etdiklərini söyləyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında eyni cinsə mənsub olan iki nəfərin sevgili olmasının cəzasının ölümdür.

Mənbə: primetime.az