“Mən dəbə yox, dəb mənə uyğunlaşır”

“Mən dəbə yox, dəb mənə uyğunlaşır”

Aynur Kərimli: Gözəlliyinon olduğunu nəzərə alsaq, hazırda onun yarısı saç və makiyajın payına düşür Deyir ki, qadın baxımlı və özünə qarşı diqqətliolmağı bacarmalıdır. Əsl qadın olmağı isə heç bir məktəb, institut öyrətmir. Buməktəbi ağlı, davranışı, səliqəsi, xarakteri, zəhməti ilə qadın özü yaradır.Müsahibimiz ARB televiziyasında yayımlanan "Tərz+” verilişinin aparıcısı AynurKərimlidir. - Yəqin ki,aparıcı olmaq sonradan yaranan bir istək olmayıb.- Uşaq yaşlarımdan aparıcı olmaq istəyim var idi. Ancaqvalideynlərim deyirdilər ki, sənin normal danışıq qabiliyyətin yoxdur. Yənidanışığın aydın başa düşülmür, bunun üçün səndən aparıcı olmaz. Tez-tez və hövsələsizşəkildə danışırdım. Ancaq buna baxmayaraq, televiziyaya böyük marağım vardı. Aparıcıolmağa da iddialı idim. Uşaq yaşlarımda qəzeti qarşıma qoyub, güzgünün qarşısındaonu səsləndirərək özümü aparıcı kimi hiss edirdim. İndikindən fərqli olaraqonda ancaq özümü tərifləyirdim. Nəticədə məktəbi bitirdikdən sonra sənədlərimi AzərbaycanDövlət Mədəniyyət və İncəsənət Universitetinə verdim. Yüksək bal toplasam da,seçimimi dəyişməyərək "Ədəbi yaradıcılıq və ekran dramaturgiyası”ixtisasını bitirdim. Bilirdim ki, arzularıma doğru gedən yol məhz bu universitetdənkeçir.
- Dəbə ayaquydurmaq gözəlliyin neçə faizini təşkil edir?- Dəbin gözəlliyə heç bir aidiyyatı yoxdur. Dəbihəyat tərzimizə uyğunlaşdırmalıyıq. Uzun müddətdir ki, dəbdən, gözəllikdən,xanımlara düzgün geyim və makiyajın sirlərindən bəhs edirəm. Özümə gəldikdə isə, nəyin dəbdə olmasından asılı olmayaraq,mənə nəyin yaraşıb-yaraşmayacağını bilirəm. Beləcə, mən dəbə yox, dəb mənə uyğunlaşır. - Deyirlər gözəllikondursa, doqquzu dondur. Bu deyim hazırda nə qədər aktualdır?- İndi şərtlər dəyişib. Gözəlliyin on olduğunu nəzərəalsaq, onun beşi saçın, makiyajın payına düşür. Yerdə qalan faizi isə don,gözəllik və digər məsələlərin üzərində dayanır. - Uzun müddətdir busahədə olsanız da, kifayət qədər tanınmırsınız. Halbuki bu gün tanınmaq o qədərdə çətin deyil. - Əlbəttə ki, indi sosial şəbəkələr və yaxşı çevrə ilə 1 günə də tanınmaq olar.Ancaq baxır necə və hansı şəkildə tanınırsan. Aparıcı tanınması üçün gündəlik cəmiyyətiçində olmalı, özünü yaxşı reklam etdirməyi, mətbuatla dost olmasa da, özünü dostkimi göstərməyi bacarmalı, onların könlünü xoş tutmalıdır. Tədbirlərə, el şənliklərinəgetməli, bir verilişlə kifayətlənməməlidir. Dilini şirin edib hər kəslə ünsiyyətdəolmağı bacarmalıdır. Şou-biznesə qoşulub, onlarla dostluq münasibətini saxlamalıdırki, daim diqqətdə və gündəmdə olsun. Mən bu sadaladıqlarımın heç biri etməmişəm.Öz verilişimi təqdim edib, sakit kənara çəkilərək işimi görmüşəm. Bəzən mediadakıdostlarım mənə "səninlə qalmaqallı müsahibə edək” deyə müraciət ediblər. Heç zamanözümü belə ucuz reklam etdirməyin tərəfdarı olmamışam. Hər şeydən öncə ailəmi vəən əsası da anamı düşünmüşəm. Çünki anamın nəzarəti üzərimdə böyükdür. Hətta "İnstaqram”səhifəmi belə açmağa narazılıq edirdi. Anamı hələ təzə yola gətirmişəm ki, mən aparıcıyamvə "İnstaqram” səhifəm olmalıdır.
- İndi geyimdənçox, makiyaj etdirmək, dəyişmək dəb halını alıb.- Makiyaj insanı çox dəyişdirir. Bir qadın makiyajvasitəsi ilə istədiyi hər şeyə nail ola bilər. İndi müasir zamandır,texnologiya o qədər inkişaf edib ki, insanlar qrim və estetik əməliyyatlaistədiyi effekti və görüntünü ala bilir. İnsanın geyimi, duruşu, qaməti qədəronun siması da önəmlidir. Hətta mən deyərdim ki, bu gün sima olaraq gözəlgörünmək dəbdən və sadaladığımız digər məsələlərdən daha çox önəmlidir vəmüzakirə obyektidir. Hər makiyaj və stil tərzinə uyğun olaraq xanımların görüşünüdəyişirlər. Özüm isə gündəlik həyatda çox az makiyajdan istifadə edirəm. Çəkilişzamanı makiyaj olunduğum üçün gündəlik həyatımda makiyajdan istifadə etmirəm ki,dərim nəfəs alsın. - Deyirlər, çirkinxanım yoxdur, baxımsız xanım var. Bəzən baxım belə xanımları xilas edə bilmir. - Xüsusilə indiki dövrdə bu fikirlə çox razıyam. Hazırdastilistlərimiz o qədər istedadlı və peşəkardırlar ki, sosial şəbəkələrdə Youtuberləro qədər xırdalıqla düzgün makiyajın sirlərini izah edirlər ki, hər bir xanım simasınıdəyişməyə və dəyişdirməyə qadirdir. Belə ki, xanımlar dodağın, gözün, üzün, qaşınınformasını bəyənmirsə, kosmetoloji proseduralarla dəyişmək imkanına sahibdir. Əgərbir xanımın dəyişməyə ehtiyacı varsa, bunu niyə etməsin? Bizdə belə bir ifadəvar: "çox gözəl deyil, amma cazibədardır", ya da "həqiqətən gözəl üzüvar, amma cazibədar deyil”. Burda ortaya çıxan fakt baxımlı olmaqdır.İnsanların özlərinə baxmaqları üçün aktrisa, ya da maneken olmaq vacib deyil.Bütün insanların özlərinə məxsus gözəlliyi var. Bunu ortaya çıxarıb xoş,baxımlı və cazibədar olmaq insanın öz əlindədir. - "Geyimə görə qarşılayıb,ağla görə yola salırlar” deyimi bu gün nə qədər aktualdır?- Geyim insanın xarakterindən xəbər verir. Bir insanhaqda ilkin fikir onun görünüşü ilə formalaşır. Sonradan ağlına, davranış tərzinə,fikirlərinə görə qiymət verirlər.
- Sizcə, hər yaşınöz geyimi olmalıdırmı?- Hər bir insan öz düşüncələrinə, həyattərzinə görə geyinir. Geyimlərimiz bizim haqqımızda bizdən öncə məlumat verir.Uzun müddət eyni tərz insanda imici formalaşdırır. İnsanların imici - geyimforması onların daxili dünyası ilə sıx əlaqəlidir. Geyimə baxıb insanınkimliyini, nə işlə məşğul olduğunu, işlərində nə qədər müvəffəqiyyətqazanıb-qazanmadığını belə bilmək mümkündür. Hər xanım öz bədənini tanımalı, özqüsurlarını bilməlidir. Bədən quruluşuna uyğun şəkildə geyinsələr, daha gəncgörünərlər. Əgər yaşlarından gənc görünürlərsə, bədən quruluşu da buna imkanverirsə, yaşa önəm verməyib yaraşanı geyə bilərlər. Geyim insanınpsixologiyasını dəyişdirir. Elə bir paltar geyərsiniz ki, özünüzü çox xoşbəxt,güclü hiss edərsiniz. Amma tam əksinə, bir paltar geyərsiniz, sizi yerin dibinəbatırar. Paltarların da belə bir dili var. İnsanlar geydiyi geyimlə özünü güclüvə ya gücsüz hiss edə bilər. - Sizjurnalistikaya yazılı mətbuatdan gəlmisiniz. Aparıcı olarkən mətbuatdakıtəcrübələriniz işinizə yarayıbmı?- Hər hansı bir bina tikiləndə onun təməli möhkəmqoyulduqda, heç bir tufan, külək, qasırğa onu yıxa və təsir edə bilmir. Ancaqtəməl zəif olanda, istənilən küləkdə həmin binanın dağılma təhlükəsi olur. Mənarzularımı mərhələli şəkildə həyata keçirdim. İlkin olaraq İncəsənətUniversitetində ekran dramaturgiyasını öyrəndim, daha sonra mətbuatda məqaləhazırlamağa, müsahibə almağa və bunu yazılı mediada tətbiq etməyə çalışdım. Bugün şou aləmində kifayət qədər tanınan saytlarda işlədim. İlk dəfə 2012-ci ildəLider-də "Super kimdir”, daha sonra Space-də "Panorama” verilişində redaktorolaraq çalışdım. Xəzər televiziyasında prodakşın layihəsi olan "İncəsənət” və"İncə Şarm” verilişlərində müxbir olaraq fəaliyyətimə davam etdim. Buradamüxbir olduğum layihələrin aparıcısına çevrildim. Onlardan çox şey öyrəndim.Ancaq çalışdığım bu illər ərzində məşhur olmaq üçün heç bir cəhd göstərmədim.Daha çox kölgədə qalmağa üstünlük verdim. Əldə etdiyim bu təcrübələr sayəsindəbu gün rahat və sərbəst şəkildə veriliş apara bilirəm. Aparıcılıq, fikrimcə,elə jurnalistikadan başlamalıdır. Birdən-birə aparıcı olmaq aparıcının özü üçündə problem yarada bilər. Jurnalistika ilə məşğul olduğum dönəmlərdə gördüm ki, suallarhazırlamaq, müsahibə almaq insanın nitqini formalaşdırır. Bu sənətəjurnalistikadan gəldiyim üçün sevincliyəm. - Tərzdən söhbətdüşmüşkən, aparıcısı olduğunuz "Tərz+” verilişinin mahiyyəti nədən ibarətdir? - Tərz və tərzin üstünlükləri haqdadır. Bu, tək dəbdemək deyil, ümumilikdə həyat tərzimizə nələr daxildirsə, hər biri burada toplanıb.Əsas isə hər həftə qonaq olanların tərzini, zövqünü müəyyənləşdirməkdir. Bundanəlavə, tamaşaçıların diqqətini cəlb edəcək bütün mövzulardan danışa bilirik. İstərgeyim, istərsə də sağlamlıq olsun - insanların seçimini asanlaşdırıb, düzgün istiqamətləndirməyəçalışırıq. Xəyalə Rəis


 

Mənbə: kaspi.az