Rusiyada Müslüm Maqomayev haqqında serial çəkilib - VİDEO

Rusiyada Müslüm Maqomayev haqqında serial çəkilib - VİDEO

Rusiyanın nüfuzlu “Channel 1” telekanalı məşhur müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Mağomayevə həsr olunmuş “Maqomayev” serialının treylerini təqdim edib.

“Report” xəbər verir ki, rejisorlar Dmitriy Turin və Roman Prıqunov tərəfindən çəkilmiş ekran əsərində böyük sənətkarın həyatı, o cümlədən opera müğənnisi Tamara Sinyavskaya ilə tanışlığı və məhəbbət hekayəsi təsvir olunur. Çəkilişləri Bakıda, Moskvada və Zelenoqrad şəhərlərində aparılmış serialda T.Sinyavskaya məsləhətçi olaraq töhfəsini verib.

Müslüm Maqomayev surətini serbiyalı aktyor Miloş Bikoviç canlandırıb.

Mənbə: report.az