Hollivud ulduzlarının qeyri-adi ziyafəti — FOTOLAR

Hollivud ulduzlarının qeyri-adi ziyafəti  — FOTOLAR

Hollivudun bəzi məşhur ulduzları üçün qeyri-adi ziyafət təşkil ediblər.

''Ölkə.Az'' xəbər verir ki, ''Goop Flow'' adlı kosmetika markasının rəhbəri Paltrov Hollivud aktrisaları üçün ziyafət təşkil edib. 47 yaşlı Paltrovun Beverly Hillsdə baş tutan ziyafətinə bir nəfərdən başqa hər kəs makiyajsız qatılıb. Qonaqlar arasında dünyaca məşhur aktrisalardan Keyt Hudson, Demi Moore və 30 yaşlı qızı Rumer Villis, Rachel Zoe, Alexandra Grant, Samanta Ronson və başqaları iştirak edib. Makiyajsız ulduzlar çoxlu fotolar çəkib sosial media hesablarında ''Özümü daha güclü hiss edirəm'', ''Efekktsiz foto'' başlığı altında yayımlayıblar.

Mənbə: olke.az