Dünyanın ən məşhur karnavalı başlandı - VİDEO - FOTO

Dünyanın ən məşhur karnavalı başlandı - VİDEO - FOTO

Braziliyanın Rio de Janeyro həhərində dünyanın ən məşhur karnavalı başlanıb.

Milli.Az bildirir ki, şəhər meriyasının ilkin hesablamalarına görə, builki karnavalda 7 milyon insan iştirak edəcək. Onların təqribən 2 milyonu turistlərdir.

Karnavalın əsas olayı həmişəki kimi, yerli "samba" rəqs məktəblərinin çıxışları olacaq. Karnavalın ilk günündə ali liqaya çıxmağa çalışan kollektivlər çıxış edəcək, sonra isə Sambadromdan təcrübəli və tanınmış kollektivlər keçəcəklər.

Karnaval Sambadromda ən yaxşı samba kollektivlərinin keçidi ilə başa çatacaq. Onların arasında "Manqeyra" favorit hesab olunur. "Manqeyra" samba məktəbi indiyədək 20 dəfə karnavalın çempionu olub.

 

Milli.Az

 

Mənbə: news.milli.az