"Atamı ölümcül vəziyyətdə görəndə çox sevindim, uşaqlıqda məni tualetə salıb..." — Tanınmış aparıcıdan ŞOK ETİRAFLAR

"Atamı ölümcül vəziyyətdə görəndə çox sevindim, uşaqlıqda məni tualetə salıb..."  — Tanınmış aparıcıdan ŞOK ETİRAFLAR

Türkiyənin məşhur aktrisa-modeli Burcu Esmersoy şəxsi həyatıyla bağlı şok açıqlamalar verib.

"Ölkə.Az" xəbər verir ki, Esmersoy uşaqlıqda valideynlərindən şiddət gördüyünü etiraf edib:

"Atamın nənəsi çox yaxşı insan idi. Hətta məktəbdə yıxılanda nənə deyə ağlayırmışam. Atam məni çox döyürdü. Bir dəfə bacım dedi ki, atamız xəstələnib ona baş çəkək. Atamı gedib çox pis vəziyyətdə gördüm. O an hansı sevinc hissləri keçirdiyimi izah edə bilmirəm. Atam məni tualetə salıb qapını bağlayır, sonra rezin borularla düyürdü. Amma ögey atam çox yaxşı insan idi. Anamı da bağışlamıram".

B.Esmersoy evliliyindən də danışıb:

"İlk evliliyimdə də şiddət gördüm. Mən ailəmdən də bu səbəbə görə ayrıldım".

Mənbə: olke.az