Hitlerə görə 6 övladını öldürdükdən sonra əri ilə birlikdə intihar edən qadın... - FOTO

Hitlerə görə 6 övladını öldürdükdən sonra əri ilə birlikdə intihar edən qadın... - FOTO

II Dünya Müharibəsi bəşər tarixinin ən qanlı dövrlərindən biri idi. Bu dövrdə milyonlarla insan həyatını itirdi.

İkinci Dünya Müharibəsində 72 milyon 758 min 900 adam həlak oldu. Əksər ölkələr əhalisinin demək olar ki, üçdə birini itirdi. Adolf Hitlerin rəhbərlik etdiyi Nasist Almaniyası 5 milyon 754 min 400 yəhudini öldürdü.

Əlbəttə ki, bu dövrdə baş verənlər dünya tarixinin qara səhifəsi hesab edilir. Ancaq dünya Hitlerə və nasistlərə dözməsə də, Hitlerə simpatiyası olanlar da çox idi. Onlardan biri də Magda Goebbels idi.

Milli.Az musavat.com-a istinadən bildirir ki, nasist Almaniyasında təbliğat naziri vəzifəsini icra edən Jozef Goebbelsin həyat yoldaşı Magda Goebbels də nasist tarixində əhəmiyyətli bir yerə sahib idi.

Tarixin ən sirli personajlarından olan Maqda Goebbels memar Oskar Ritschel və Auguste Behrendin qızı olub. 1904-cü ildə bir yəhudi tacir tərəfindən övladlığa götürülüb.

1905-ci ildə analığı boşandıqda və 1906-cı ildə alman əsilli biznesmen Richard Friedländer ilə evlənəndə adı Magda Friedländer idi.

Magda 1921-ci ildə sənayeçi Günther Quandt ilə evləndi və onların oğlu Harald Quandt dünyaya gəldi. Cütlük 1929-cu ildə boşandı və Magda 1930-cu ildə Nasist Partiyasına üzv oldu.

Berlində Nasistlər Partiyasında katib olaraq çalışdı. 1931-ci ildə Joseph Goebbels ilə evləndi.

Magda Goebbelsin heyrətləndirici tərəfi isə onun Hitlerə olan sədaqəti idi. O dövrdə Magdanın Hitleri "Tanrı" olaraq gördüyü barədə şayiələr də var idi.

Həyat yoldaşı Joseph Goebbels, Adolf Hitlerin ən yaxın dostlarından biri idi.

Magda onunla necə evləndiklərini belə izah edirdi: "Mən həyat yoldaşımı da çox sevirəm, amma liderimizə olan sevgim daha güclüdür. Onun üçün canımı belə, qurban verə bilərəm. Rəhbərimizin Almaniyaya olan sevgisi səbəbindən heç bir qadını sevə bilmədiyini biləndə yalnız onunla yaxın olmaq üçün Cozefə ərə getdim".

6 övladı olan Magda Goebbels, "H" hərfi ilə başlayaraq bütün övladlarına ad vermişdi. Əlbəttə, bunun səbəbi Hitlerə olan sevgisi idi.

Əslində, Goebbels cütlüyünün 6 uşağı olması da təsadüf deyildi, Hitlerin adında 6 hərf var.

Goebbels'in övladlarının adları: Helga (1 sentyabr 1932), Hildegard (13 aprel 1934), Helmut (2 oktyabr 1935), Holdine (19 fevral 1937-ci il), Hedviq (5 may 1938-ci il), Heidrun (20 oktyabr 1940-cı il).

1 may 1945-ci ildə Hitler intihar etdikdə Magda Goebbels buna dözə bilmədi. Magda Goebbels əvvəlcə 6 övladını zəhərlədi, daha sonra özü həyat yoldaşı ilə birlikdə intihar etdi.

Magda Goebbels nasional sosialist ideologiyasının olmadığı bir dünyada övladlarının da yaşamasını istəməyərək, onları öldürmüşdü.

Goebbels cütlüyünün cəsədləri 2 may 1945-ci ildə intihardan sonra rus əsgərləri tərəfindən tapıldı. Onların cəsədləri qismən yanmışdı. Mətbuatda Jozef Goebbelsin yanmış üzünün fotoları da yayımlanmışdı.

 

Mənbə: news.milli.az