Moskvada 45 soydaşımızın öldüyü, Azərbaycanı yasa boğmuş faciə

Moskvada 45 soydaşımızın öldüyü, Azərbaycanı yasa boğmuş faciə

Bu gün Moskvada 45 Azərbaycan vətəndaşının faciəli şəkildə həlak olduğu faciədən 14 il ötür.
BakuPost.az modern.az-a istinadən xəbər verir ki, 2006-cı il fevralın 23-ü yerli vaxtla səhər 5:45-də Moskvanın Basman bazarının damının uçması nəticəsində ticarətlə məşğul olan 66 nəfər, o cümlədən 45 Azərbaycan vətəndaşı həlak olmuşdu. Azərbaycan vətəndaşları ilə yanaşı, 7 Gürcüstan, 16 isə Özbəkistan və Tacikistan sakini də həyatını itirmişdi. İnsident zamanı 39 nəfər xəsarət alıb.
Həlak olan azərbaycanlıların cənazələri xüsusi reyslə Moskvadan Bakıya daşınıb.
1975-ci ildə inşa olunan bazarın çökməsi planlaşdırma zamanı buraxılan səhvlər və bazar rəhbərliyinin təhlükəsizliyə yetərincə diqqət ayırmaması ilə əlaqələndirilir.

Mənbə: www.bakupost.az