"Dostlar" serialının aktyorları 15 ildən sonra yeni layihədə - Fotolar

"Dostlar" serialının aktyorları 15 ildən sonra yeni layihədə - Fotolar

Bir vaxtların məşhur “Dostlar” serialının aktyorları 15 ildən sonra yenidən bir araya gəlir.

Axşam.az xəbər verir ki, məşhurlar mayda nümayiş olunacaq özəl bir bölümə çəkiləcəklər.

Məlumata görə, bu dəfə də ekran işinin bütün aktyorları – Cennifer Eniston (Raçel), Kortni Koks (Monika) Lisa Kudrov (Foibi), Matt Liblank (Coey), Metyu Perri (Çandler) və Devid Sçivimmer (Ross) yeni ekran işində iştirak edəcəklər. Bu barədə Perri “Dostlar” serialından bir kadr paylaşaraq məlumat verib.

Qeyd edək ki, bir bölüm üçün ulduzların hər biri 2,5 milyon dollar qonorar alacaq.

Mənbə: axsam.az