Zülfiyyə həmkarlarına səsləndi: " Nə olar, etməyin, eləməyin"

Zülfiyyə həmkarlarına səsləndi: " Nə olar, etməyin, eləməyin"

Aparıcı və vəkil Zülfiyyə Bayramova bir neçə gündür ATV və İctimai Televiziyanın aparıcıları - Mətanət Əliverdiyeva ilə Azər Aydəmir və Tural Yusifov arasında yaşanan qalmaqala münasibət bildirib.

Axşam.az xəbər verir ki, Zülfiyyə İnstaqram hesabında həmkarlarını bir-birini tənqid etməyə deyil, bir-birinə dəstək olmağa çağırıb:

"Nə olar, etməyin, eləməyin. Çox az qalmışıq. Biz də bir-birimizi yesək, heç nə qalmayacaq bizdən. Həyat çox qısadır, gəlin səhvimizlə, doğrumuzla bir-birimizin yanında olaq. Bizim bizdən başqa müdafiəçimiz yoxdur. Hər birimiz çörəyimizi yüz əzab-əziyyətlə qazanırıq. Sevin birbirinizi, ölümün qapımızı nə vaxt döyəcəyini, başımızın üstünü haçan kəsdirəcəyini bilmirik. Gəlin, elə edək ki, sonda peşman olmayaq. Mən sizi sevirəm".

Mənbə: axsam.az