Murat Boz da Xocalını unutmadı

Murat Boz da Xocalını unutmadı


Bu gün Xocalı faciəsinin 28-ci ildönümüdür. Hər kəs sosial media hesabında post paylaşaraq faciəni yad edib. Soyqırımla bağlı post paylaşanlar sırasında məşhurlar da yer alıb. Belə ki, azərbaycanlılarla yanaşı Türkiyənin bir çox məşhurları da Xocalı faciəsinin qurbanlarının xatirəsini yad ediblər.

BiG.AZ xəbər verir ki, Türkiyənin məşhur müğənnisi Murat Boz da Xocalıda baş verən dəhşətli anlarla bağlı sosial media hesabında foto paylaşıb.

Fotoya "26 fevral 1992-cu ildə 613 can itirdik. Xocalı qətliamı hadisəsinin üstündən tam 28 il keçdi. Ancaq unutmadıq...unutmayacağıq. Nurlar içində yatın".

Foto müğənninin izləyici kütləsi tərəfindən bəyənilib.

Sözügedən postu təqdim edirik:


 

 

Mənbə: big.az