ÜST-dən koronavirus açıqlaması: 81 min insan...

ÜST-dən koronavirus açıqlaması: 81 min insan...

“Dünyada təxminən 81 min insan koronavirusa yoluxub”.

TASS-ın məlumatına görə, bu barədə Romada keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Bürosunun direktoru Hans Kluge bildirib.

“Ümumilikdə, 80 988 yoluxma halı qeydə alınıb. Bunlardan 96,5 faizi Çində müəyyən edilib”, - deyə o bildirib.

Klugenin sözlərinə görə, koronavirusla bağlı effektiv müalicə üsulu hələ hazırlanmayıb.

Bununla belə, o, təşviş üçün əsas olmadığını deyib.

Qeyd edək ki, 39 ölkədə yoluxma halı aşkar edilib.

Mənbə: www.oxu.az