Panayotov “Eurovision”da iştirakına dair xəbərləri təkzib etdi

Panayotov “Eurovision”da iştirakına dair xəbərləri təkzib etdi

Rusiyalı ifaçı Aleksandr Panaytov Niderlandda “Avroviziya-2020” beynəlxalq müsabiqəsində Rusiyanı təmsil edəcəyi barədə KİV-də yayılan xəbəri “feyk” adlandırıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, müğənni yayılan xəbərləri İnstagram səhifəsində təkzib edib.

Artist qeyd edib ki, onun Eurovision Mahnı Müsabiqəsində iştirakı ilə bağlı ilk informasiyanı sarı mətbuat yayıb.

Panayotov KİV-in ələ keçirdiyi bu xəbəri “tör-töküntü” adlandırıb. Bununla yanaşı, müğənni xatırladıb ki, etibar edilməli olan yeganə mənbə Rusiyanın “1-ci kanal”ıdır.

“Bunu kimin yaydığını bilmirəm, ən əsası odur ki, niyə yayırlar? Amma əgər bu, xüsusi olaraq edilirsə, çox həyasızcasına edilib”, — deyə artist əlavə edib.

Daha əvvəl bəstəkar İqor Krutoy Panayotovu Rusiyadan Avroviziya səfərinə favorit adlandırmadıqlarını bildirib. Musiqiçi vurğulayıb ki, jurnalistlər onu düzgün başa düşməyiblər, ifaçının adını isə o yox, KİV-lə söhbət zamanı iştirak edən Nikolay Baskov çəkib.

Krutoy qeyd edib ki, şəxsən o, müsabiqəyə Tim Belarusskixi göndərərdi.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az