Azərbaycanın toy adətlərini bəyənən əfqan - Əcnəbi

Azərbaycanın toy adətlərini bəyənən əfqan - Əcnəbi

NaqibullahAzizi: "Hələ indiyə kimi görməmişəm ki, kimsə "bu, yad ölkədən gəlib, qəribdir”desin” "Azərbaycanın toy adətləri Əfqanıstandakındanfərqlidir. Sizdə qonaqlar toy edən ailəyə maddi olaraq dəstək göstərirlər.Əfqanıstanda isə belə deyil. Bizdə bir insan toy etmək istəyirsə, çoxlu pulyığmalıdır. Sizdən fərqli olaraq bizim toylarda bəzən minə yaxın insan iştirakedir”.
Bu sözləri bizimlə söhbətində İslam Əməkdaşlıq Təşkilatının(Organisation of Islamic Cooperation) təqaüdünü qazanaraq Azərbaycana gələn əfqanıstanlı tələbə NaqibullahAzizi söylədi.
Hazırda Azərbaycan Memarlıq və İnşaatUniversitetində inşaat mühəndisliyi və idarəetmə üzə magistr təhsili alanNaqibullah Azizi bakalavr təhsilini Kabul Politexnik Universitetində aldığınısöylədi: "Bakalavr təhsilini öz ölkəmdə, Kabulda almışam. İslam Əməkdaşlıq Təşkilatı hər il təqaüdproqramı ayırır. 2019-cu ildə Əfqanıstandan bu təqaüd proqramını qazandım.Təsadüfən internetdə araşdırma edərkən, gördüm ki, Azərbaycan təqaüd proqramıelan edib. Qərara gəldim ki, bu təqaüdə müraciət edim. Müraciətimdən sonraseçilməyimə dair email aldım. Beləcə, Azərbaycanı daha ətraflı araşdırmağabaşladım. "Youtube”da Azərbaycan haqqında videolara baxırdım. Mənim babam daAzərbaycan haqqında məlumatlı insandır. Çünki sovet dövründə ƏfqanıstandaAzərbaycan, Rusiya, Özbəkistandan gələn müəllimlər dərs deyirdilər. Azərbaycanhaqqında araşdırma edərkən gördüm ki, Bakını öz gözəlliyinə görə "Asiyanıngəlini” adlandırırlar. Burada olduğum müddətdə gördüm ki, Azərbaycan İrandan,Türkiyədən, Rusiyadan çox fərqli bir ölkədir. Ölkənizin özünəməxsusxüsusiyyətləri çoxdur”.



Yeməklərindadı bir-birinə bənzəyir
Deyir ki, hələ Bakıya gəlməzdən əvvəl ölkəmizin mətbəxinidə araşdırıb: "Ölkəniz haqqında araşdırma edərkən mətbəxinizi də öyrənməyəçalışdım. Mən Türkiyə mətbəxi haqqında az-çox məlumatlıyam. Əfqanıstanda mənimtürk dostlarım çoxdur. Özbəkistanda da olduğuma görə, onların da yeməklərinəbələdəm. Yeməklərinizlə tanış olarkən gördüm ki, mətbəxlərimiz bir-birinə çoxbənzəyir. Əksər yeməklərin hazırlanma qaydası eynidir. Amma mətbəxinizinözünəməxsus gözəlliyi var. Mənim ən çox sevdiyim və ilk dəfə görəndətəəccübləndiyim, Azərbaycan mətbəxinin "Şah plov”u oldu. Onun hazırlanmaqaydası mənə çox qəribə gəlmişdi. Plov Əfqanıstanda da bişirilir və bizim dəmətbəximizin məşhur yeməyidir. Məsələn, bizdə evə qonaq gələndə hörmət əlamətiolaraq plov bişiririk. Amma "Şah plov” çox fərqlidir. Ortaq coğrafi məkandayaşadığımıza görə, əksər yeməklərin dadı bir-birinə bənzəyir. Mən buradayataqxanada qalıram deyə, yeməkləri özüm hazırlayıram. Əsasən Əfqanıstanyeməklərini bişirməyi bacarıram. Hələlik Azərbaycan yeməklərini bişirəbilmirəm. Amma bir çox yeməklərinizin dadına baxmışam. Adlarını yadımda saxlayabilməsəm də, çox sevdiyim yeməkləriniz var”.

Azərbaycandahər kəs mənim ailəm oldu
Naqibullah deyir ki, ilk vaxtlar ailəsi üçündarıxırmış. Amma qısa müddətdə Azərbaycana uyğunlaşa bilib: "Biz ailədə 6uşağıq, 4 qardaş, iki bacım var. Onlar Əfqanıstanda yaşayır. İlk dəfə buragələndə ailəm üçün bir az darıxırdım. Amma bir müddət sonra Azərbaycanda hərkəs mənim ailəm oldu. Azərbaycanda çoxlu dostlar qazandım. Hiss edirəm ki,burada mənim öz ailəm var. Hər dəfə bacı-qardaşlarımla danışanda deyirəm ki,narahat olmayın, artıq buraya öyrəşmişəm. Yəqin ki, Avropada, yaxud Rusiyadaolsaydım, belə rahat uyğunlaşmazdım. Çünki mədəniyyətlərimiz vəadət-ənənələrimiz bir-birinə çox bənzəyir. Dil, din, mədəniyyət ortaqlığı çoxvacibdir. Buna görə də Azərbaycana ilk dəfə gələndə özümü yad yerdə hissetmədim. Burada əcnəbilərə çox yaxşı münasibət var. Türk dilini bildiyimə görə,insanlarla dil tapa bilirdim. Burada özümə dostlar qazanmağa çalışıram.Qrupumuzda 3 azərbaycanlı var. Onlarla çox yaxşı münasibətimiz var. Müxtəliftədbirlərdə, konfranslarda tanımadığım insanlarla da dostluq etməyə çalışıram.Bəzən birlikdə oturub çay, kofe içirik”.
Hələlik azərbaycanca danışa bilməsə də, dilimiziöyrənmək niyyətində olduğunu söyləyir: "Əksər sözləri bilirəm. Kimsə yanımdaazərbaycanca danışanda, tam başa düşsəm də, bu dildə cavablaya bilmirəm. ÇünkiAzərbaycan dilində çox danışmaq imkanım olmur. Amma türk dilini bildiyimə görə,Azərbaycan dili mənə asan gəlir. İngilis, türk, fars, puştun, özbək dillərinibilirəm. Qısa müddətdə Azərbaycan dilini də öyrənmək üçün kursa getmək fikrimvar. Çünki dilinizi akademik səviyyədə öyrənmək istəyirəm. Burada olduğummüddətdə rus dilini də öyrənməyə çalışacağam”.



İnsanlarınxarakteri çox yaxşıdır
Bir çox adətlərimizlə tanış olan həmsöhbətim qeydetdi ki, Azərbaycanda əcnəbilərə böyük hörmət göstərilir: "Hər kəs bir-birinəqarşı hörmətli və diqqətcildir. Başqa ölkələrdə əcnəbilərə qarşı münasibətyaxşı deyil. Burada isə bizə böyük hörmət göstərirlər. İnsanların xarakteri çoxyaxşıdır. Bu da ən önəmli məsələlərdən biridir. Hələ indiyə kimi görməmişəm ki,kimsə "bu, yad ölkədən gəlib, qəribdir” desin. Yaxud imkanı aşağı olaninsanlara qarşı ayrı-seçkilik edilmir. Yəni hər kəsə eyni gözlə baxılır vəhörmət edilir. İnsanlarınızın qonaqpərvərliyi də çox xoşuma gəldi. Elə gözəladət-ənənələriniz var ki, hər bir əcnəbi burada özünü ölkəsindəki kimi hissedir”.
Birinci semestr imtahanlarını artıq uğurla başavurub. Bütün qiymətləri isə əladır: "Bütün fənlərdən əla qiymət aldım. Semestrərzində dərslərimi yaxşı oxuduğuma görə, imtahanları vermək çətin olmadı.Bilirdim ki, son günə saxlasam, imtahandan kəsilə bilərəm. Bu il 5 fəndənimtahan vermişəm

”.

Bizdəhər bir şəhərdə toy klubları var
Müsahibimlə milli adətlərimiz və bayramlarımızhaqqında da danışdıq: "Qarşıdan Novruz bayramı gəlir. Bu bayram bizim ölkəmizdədə xüsusi qeyd olunur. Bundan başqa, Ramazan, Qurban bayramı da bizdə qeydolunur. Bizdən fərqli olaraq, Azərbaycanda Yeni il bayramı çox möhtəşəm qeydolunur. Əfqanıstanda isə ancaq dini və milli bayramlar qeyd olunur. Azərbaycanmiladi, biz isə hicri təqvimini qeyd edirik. Toy adətləri də burada bizdəkindənfərqlidir. Azərbaycan toylarında olmamışam. Amma bir şeyi bilirəm ki, sizdəqonaqlar toy edən ailəyə maddi olaraq dəstək olur. Əfqanıstanda isə belə deyil.Bizdə bir insan toy etmək istəyirsə, çoxlu pul qazanmalıdır. Əgər kimsə toy edirsə, qonaqlar, sadəcəyeyib-içib, əylənir. Amma toy sahibinə heç bir maddi yardım etmirlər. Sizin buadətinizi eşidəndə çox xoşuma gəldi. Çünki toy ərəfəsində çox xərc çıxır. Bizimtoylarda bəzən minə yaxın insan iştirak edir. Hər kəs ən azından 20 manat versəbelə, toy edən ailələrə böyük xeyri olar. Sizdə isə hər insan toya gələndə 100manat pul verir. Bu, çox yaxşı adətdir. Toy edən də bilir ki, yaxınları,dostları ona dəstək olacaq. Ona görə də, maddi çətinlik çəkmir. Əfqanıstandabütün çətinlik toy edənin üzərinə düşür. Bizdə hər bir şəhərdə toy klublarıvar. Bu klublarda 2000-nə yaxın insan yeyib-içə bilir”.
Sonda gələcək planları haqda da soruşduq. Deyir ki,təhsilini başa vurduqdan sonra Əfqanıstana qayıdacaq: "Azərbaycana sırf təhsilalmaq məqsədilə gəlmişəm. Burada olduğum müddətdə öz bilik və təcrübələrimiartırmaq istəyirəm. Universiteti bitirəndən sonra yəqin təcrübə keçəcəyəm.Sonra isə ölkəmə qayıtmaq fikrim var. Azərbaycanda öyrəndiklərimi öz ölkəmdətətbiq etmək istəyirəm. Hər bir vətəndaşın borcudur ki, ölkəsinə xidmətetsin”. ŞəbnəmMehdizadə

Mənbə: kaspi.az