Şəhid əsgərin mərmilərlə yazdığı “canım anam” paylaşımı ürəkləri dağladı - FOTOLAR

Şəhid əsgərin mərmilərlə yazdığı “canım anam” paylaşımı ürəkləri dağladı  - FOTOLAR

Şəhid əsgərin “canım anam” paylaşımı ürəkləri dağlayıb.

Bu sözləri İdlibdə şəhid olan türk əsgəri 24 yaşlı Əli Taşköz sosial media hesabında yazıb.

Moderator.az xəbər verir ki, şəhid olan hərbçinin nəşi artıq yaşadığı Kayseri şəhərinin Dəvəli rayonuna gətirilib. Şəhidin ata evində Türkiyə bayrağı asılıb.

Ə.Taşgözün özünün “facebook” səhifəsində paylaşdığı son şəkili hamını qəhərə boğub. O, sonuncu dəfə masanın üstünə mərmiləri düzərək “canım anam” yazıb və sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, dünən axşam İdlibə edilən hücum nəticəsində 33 türk əsgəri qəhrəmancasına şəhid olub.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Vasif Əlihüseyn

Mənbə: moderator.az