Heydər Əliyev Sarayında dünya pop ulduzu Araş möhtəşəm şou göstərəcək - VİDEO

Heydər Əliyev Sarayında dünya pop ulduzu Araş möhtəşəm şou göstərəcək - VİDEO

22 mart 21.00-da Heydər Əliyev Sarayında dünya pop ulduzu Araş konsert proqramı ilə çıxış edəcək. Onun adı Araşdi, babası azərbaycanlıdı, onun musiqisi isə sizi heç bir musiqinin bacarmadığı kimi rəqs etdirər.

Milli.Az xəbər verir ki, bütün dünyada tanınmış müğənnisi, bəstəkar və prodüser 2008 ildən sonra Bakıda Novruz bayramında "Live in Baku" solo konserti ilə çıxış edəcək. Azərbaycanı Aysel Teymurzadə ilə birgə "Eurovision 2009" mahnı müsabiqəsində təmsil edərək üçüncü olan Araş Labaf Bakıda möhtəşəm şou göstərəcək.

"Bakı üçün çox darıxmışam! 22 martda görüşənədək...", - sosial şəbəkələrdə Araş yazıb.

Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz və onlayn https://iticket.az/events/concerts/arash/18544

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Mənbə: news.milli.az