Jurnalist məşhur müğənnini “yıxıb-sürüdü” – Efirdə qalmaqal + VİDEO

Jurnalist məşhur müğənnini “yıxıb-sürüdü” – Efirdə qalmaqal + VİDEO

Bu gün Space TV-də efirə gedən “Gəl dərdini danış” verilişində qalmaqal baş verib.

Turkustan.info xəbər verir ki, verilişin qonağı olan tanınmış müğənni Elşad Qarayev dələduzluq hadisəsi ilə üzləşdiyini deyib. Müğənni adını çəkmədiyi mənzil-tikinti kooperativinin onun mənzilini 1 ildən çoxdur təhvil vermədiyini bildirib. Elşad Qarayevin hüquqlarını pozan MTK- nın adını çəkməməsi narazılığa səbəb olub.

Efirdə qonaq olan tanınmış jurnalist Seymur Verdizadə ifaçını yalnız özünü düşünməkdə ittiham edib: “Elşad müəllim gəldi, danışdı, amma nə MTK-nın adını çəkdi, nə binanın yerini dedi, nə də bir nişan verdi. Gəldi efirdə mesaj göndərdi ki, “Baxın, mən tanınmış adamam, mənim evimi verməsəniz, sizi ifşa edəcəyəm”. Bəlkə də həmin MTK yüzlərlə vətəndaşın hüququnu tapdalayıb. Bəlkə də, bir evi on adama satıb. İfşa prosesində bizim ziyalılarımız, tanınmış adamlarımız kənarda durmamalıdırlar. Siz tanınmış adamsınız, sizi efirdə görüb tutaq ki, evinizi verdilər. Bəs digərləri? Bəs onların evini kim alıb verəcək? Məndən ötdü, qardaşıma dəydi, hamı deyir mənim işim düzəlsin. Bəs yetimin, yesirin işini kim düzəldəcək?”

Həmin görüntüləri təqdim edirik:

Mənbə: turkustan.info