Türkiyə Suriya qaçqınlarına mane olmayacaq - Avropaya sərbəst keçə biləcəklər

Türkiyə Suriya qaçqınlarına mane olmayacaq - Avropaya sərbəst keçə biləcəklər

Türkiyə hakimiyyəti Suriyanın İdlib əyalətindən qaçan və Avropaya üz tutan qaçqınlara maneə yaratmayacaq. Bu barədə Ankaradakı mənbəyə istinadla «Röyter» agentliyi xəbər verib.

«Bütün qaçqınlar indi sakitcə Avropa İttifaqının (Aİ) sərhədini keçə bilərlər» - deyə, agentliyin həmsöhbəti bildirib.

Qeyd olunur ki, hərbi əməliyyatlardan qaçan insanlara quru və ya dəniz yolu ilə Avropa İttifaqına çatmaqda mane ollmayacaqlar.

Xəbər verildiyi kimi, Fransa prezidenti Emmanuel Makron bundan əvvəl bəyan edib ki, Suriyanın İdlib əyalətində silahlı qarşıdurma Avropada yeni miqrasiya böhranına səbəb ola bilər.

AzPolitika.info

Mənbə: azpolitika.info