Putin: "Dəfələrlə oxşarımdan istifadə etmək təklif edildi, qəbul etmədim"

Putin:  "Dəfələrlə oxşarımdan istifadə etmək təklif edildi, qəbul etmədim"

Rusiya Prezidenti Vladimir Putin təhlükəsizliyi üçün oxşarından istifadə etdiyi iddialarının yalan olduğunu bildirib.
BakuPost.az BBC-yə istinadən xəbər verir ki, 67 yaşlı Putin TASS xəbər agentliyinə verdiyi müsahibə zamanı jurnalist rus liderə "Google"da haqqında ən çox axtarışa verilən "Putinin oxşarı", "Putin oxşarından istifadə etdi" ifadələrini xatırladaraq, "Siz əsl Putinsinizmi" sualını ünvanlayıb.
Bu suala "Bəli, mənəm" deyə cavab verən Putin 1999-2000-ci illərdəki Çeçenistan müharibəsinə toxunub:
"Bu fikir terrorizmlə mübarizəmizin ən çətin dövründə irəli sürüldü. Lakin mən hər dəfə bu iddiaların doğru olmadığını açıqladım".
Putin Çeçenistan müharibəsi zamanı bir neçə dəfə bölgəyə baş çəkmişdi.

Mənbə: www.bakupost.az