Mənəvi qida üçün ora üz tuturuqsa, onlar hara üz tuturlar?

Mənəvi qida üçün ora üz tuturuqsa, onlar hara üz tuturlar?

Təbiətlə iç-içə olan, ağaclaraqulluq edən də, uzaq yolçuluğu sevən də var Şekspir deyir ki, teatr insanı insana bağlamaq, insanla insancadanışmaq üçün yeganə canlı sənətidir. Müasir texnologiyanın yaratdığıimkanlardan bir neçə saatlıq da olsa imtina etmək, canlı bir sənət izləmək isəinsanın ruhunu oxşayır və bir neçə saatlıq olsa, onu başqa bir dünyaya aparır.İnsanlar istirahət etmək, həftənin yığılıb qalan stressini dəf etmək üçün teatrlaramüraciət edirlər. Maraqlıdır, insanlar istirahət etmək üçün teatra üz tuturlarsa,onlara müsbət enerji bəxş edən, fiziki yükdən azad edib mənəvi yükləyükləyənlər - aktyorlar müsbət enerjini,mənəvi yükü tapmaq üçün hara üz tuturlar? Xalq artisti İlham NamiqKamal deyir ki, aktyorun ən gözəl istirahəti teatrdır: "Biz aktyoruq,səhnəyə çıxır, maraqlı tamaşalarla insanlara asudə zaman bəxş etməyə çalışırıq.Hər gün istirahət etməyə imkanımız olmur. Daha çox yay aylarında və bayram günlərində istirahət edə bilirik. Misal üçünqarşıdan Novruz bayramı gəlir, biz də bu bayram günlərində bir həftə istirahətedəcəyik. Bir həftədən sonra işimizin başına keçəcəyik”. Xalq artisti Rafiq Əzimov 58 ildirteatrda çalışdığını və bu illər ərzində təbiətdən ilhamlandığını bildirir: "3il bundan əvvəl Teatr Xadimlər İttifaqında Ejen İoneskonun "Stullar” tamaşasıilə çıxış etmişdik. Hazırda o tamaşanın bərpası üzərində çalışırıq. ÇalışdığımAkademik Milli Dram Teatrı ilə bərabər, bu tamaşanın bərpasına da zaman ayırıram.Yəni bu aralar istirahət etmək imkanım olmur. Adətən boş zamanlarımdanəvələrimin qayğısını çəkirəm, onlarla oynayıram və beləliklə bütün yorğunluğumçıxmış olur. Yaşlı insanam, boş vaxtımda öz sağlamlığımın qayğısına qalmağaçalışıram. Yayda məzuniyyətə çıxırıq və mən Mərdəkandakı bağıma istirahətəgedirəm, orda təbiətlə iç-içə olur, ağaclara qulluq edir, gülləri sulayıram.Çalışıram ki, boş vaxtım səmərəsiz keçməsin”. Aktyor deyir ki, dünyasınıdəyişən sənətkarların xatirə gecələrinədəvət alır və o gecələrdə rahatlıq tapır:"Dünyasını dəyişən sənət yoldaşlarım haqqında danışmaq üçün anım gecələrinə dəvətləralıram. Belə mərasim gecələrində çox istirahət edirəm. O illərə qayıdıram. Mən58 ildir ki, bu sənət yolunda külüng vururam. Bu gün də repertuarda varamsa vətamaşalarda rol alıramsa, bunun özü böyük şansdır. Bu vaxta qədər bu sənətdəboşluq yaşamamışam, yəni günümühədər keçirməmişəm. Bizə "köhnə məktəbinnümayəndələri” deyirlər. İşimdə dəqiq olmağa çalışıram. Hər yerə vaxtındagedirəm. Kənardan baxanda deyirlər ki, aktyorlar kef edirlər, bütün günü çalıb-oxuyurlar, sonrada deyirlər ki, işləyirəm. Bizim işimiz əziyyətlidir, səhnədə kiminsə obrazınıcanlandırmaq heç də asan deyil. Çalıb-oynamaq kənardan göründüyü kimi, o qədərdə asan iş deyil. Böyük enerji sərfedirik, ancaq itirdiyimiz enerjini bərpa edə bilmirik. İki övladım, 4 nəticəmvar. Əgər bu sənət kənardan göründüyü kimi asan olsaydı, onlar da bu sənətdəolardılar”. Pantomima Teatrınındirektoru, əməkdar artist Elman Rəfiyev aktyorlarında istirahətinin əsas hissəsinin məhz tamaşalar olduğunu deyir: "Aktyorlarbir-birilərinin tamaşalarına çox az hallarda gedirlər. Çünki özləri də həftəərzində tamaşalarda oynayır, buna görə də bir-birimizin tamaşalarına getməkimkanı əldə edə bilmirik. Bacardığım qədər, dəvət aldığım tamaşalara vəfilmlərə gedirəm, orada mənəvi olaraq istirahət etmiş oluram. Ancaq sonzamanlar bəzi filmlərə dəvət aldıqda, gedib orada istirahət edə bilmirəm, əksinə,o film məni yorur. Belə ki, nümayişi keçirilən filmlərin mövzusu çox bayağıolur. Hətta elə olub ki, filmin yarısından zalı tərk etmişəm. Gördüm ki, mən ofilmə axıra qədər baxa bilmərəm və bu, mənim bütün enerjimi alacaq. Yəni eləfilmlər var ki, nəinki istirahət edir, ondan enerji alırsınız, ancaq enerjinizi öldürən filmlərimiz də var”. Aktyor deyir ki, istirahətetmək üçün şəhərdən uzaqlaşmalı olur: "Avtomobilimlə uzaq səfərə çıxmağısevirəm. Belə ki, uzaq yol gedərək istirahət etmiş oluram. Ailəmi götürüb yoladüşürəm, maşında həzin musiqilər dinləyərək beynimi qidalandırıram. Yol boyu gördüyümməkanlar, dəyişik mənzərələr beynimi yeniləyir. Necə ki, biz kompüterimiziformat edirik, mənim beynim də belə bir halda yenilənir. Bəzən şəhərin səs-küyündənuzaqlaşıb rayona gedirəm. Kənd həyatı görmək, qoyun-quzu, inək səsi eşitməkistəyirəm. Bu, mənə qəribə bir enerji verir. Ən çox yaz fəslində enerji alıram.Ağacların günbəgün tumurcuqlanıb yaşıllaşmasını seyr etməyi sevirəm. Yaşıllaşantəbiətdən zövq alıram. Dostlarımla istirahət edirəm. Onlarla ayda bir dəfəgörüşür, söhbət edirik və mən onlarla böyük bir stress atıram”. Aktrisa Zümrüd Qasımova deyir ki, hədəryerə aktyorlara fədai demirlər: "Onlar çalışırlar, səhnədə maraqlı obrazlaryaradırlar və tamaşaçı alqışı qazanırlar. Tək qazancları olan bu alqışdan böyük enerjialırlar. Digər tərəfdən isə teatr səhnəsində olmaq bizim üçün elə istirahətdir.Bilirsiniz ki, Azərbaycan Dövlət Yuğ Teatrı ilə bərabər Abbasmirzə Şərifzadə adına ART Centrdə çalışıram”. Xəyalə Rəis

Mənbə: kaspi.az