"Peşəkar musiqiçilər ifamızın canlı olmasına şübhə ilə yanaşırdalar" - Elnarə Xəlilova keçmişi xatırlayıb gileyləndi

"Peşəkar musiqiçilər ifamızın canlı olmasına şübhə ilə yanaşırdalar" - Elnarə Xəlilova keçmişi xatırlayıb gileyləndi

Müğənni Elnarə Xəlilova sosial media hesabında illər öncə çəkdirdiyi fotonu paylaşıb.

BiG.AZ xəbər verir ki, fotoya yazdığı şərhdə keçmişi xatırlayan müğənni qeyd edib:

" "İnvensiya" ilə bağlı maraqlı bir xatirə yadımda düşdü, dedim sizinlə də paylaşım. Bu mahnı “W-Trio” qrupunda olduğum dövrlərin əvvəllərində yazılmışdı. Biz digər mahnılar kimi bunu da bir çox yerlərdə canlı ifa edərkən, dinləyicilər arasında olan peşəkar musiqiçilər ifamızın canlılığına şübhə ilə yanaşırdalar. Dəfələrlə olmuşdu ki, Vaqif Müəllim bizə mahnının ortasında mikrofonları endirib canlı oxuduğumuzu sübut etməyimizi işarə etmişdi. Həmin musiqini bu gündən mənim YouTube kanalımda dinləyə bilərsiniz".

İzləyicilər fotonu bəyənərək sözügedən mahnını çox sevdiklərini yazıblar.


 

 

Mənbə: big.az